16 sentyabr 2026. Çərşənbə

"Mançester Yunayted" geridönüş edərək "Atletiko"nu məğlub etdi


"Mançester Yunayted" geridönüş edərək "Atletiko"nu məğlub etdi

2026/2027 mövsümünə hazırlıq çərçivəsində keçirilən yoldaşlıq oyununda İngiltərənin "Mançester Yunayted" klubu İspaniyanın "Atletiko Madrid" komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, İsveçin paytaxtı Stokholmdakı "Strawberry Arena"da baş tutan görüş İngiltərə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə "Atletiko"nun yarımmüdafiəçisi Arnau Ortis açaraq Madrid təmsilçisini önə keçirib.

"Mançester Yunayted" ikinci hissədə oyuna dönüş etməyi bacarıb. Komandanın yeni transferi Brayan Mbemo əvvəlcə 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Kamerunlu hücumçu 74-cü dəqiqədə ikinci qolunu vuraraq "qırmızı şeytanlar"a qələbə qazandırıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Yunayted" avqustun 22-də liqanın yeni iştirakçısı "Hall Siti" ilə üz-üzə gələcək. "Atletiko Madrid" isə La Liqanın açılış turunda avqustun 19-da doğma meydanda "Malaqa"nı qəbul edəcək.







İspaniya L.L.