2 avqust 2026. Bazar günü

La Liqa prezidenti Florentino Peresi sərt tənqid etdi


La Liqa prezidenti Florentino Peresi sərt tənqid etdi

La Liqanın prezidenti Xavyer Tebas Madrid "Real"ının prezidenti Florentino Peresi FIFA-nın turnirlərinin media hüquqlarının satışı ilə bağlı planlarından imtina edilməsinə dair klubun bəyanatından sonra tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, "Goal.com" nəşri funksionerin dediklərini belə çatdırıb.

"Bu cavab niyə bu qədər gec verildi? Həmçinin təsadüfdürmü ki, bu prosesdə yenidən Superliqa layihəsində olduğu kimi JP Morgan bankının adı hallanır?"

La Liqa rəhbəri bildirib ki, "Real"ın bəyanatının ilk hissəsi "qüsursuz" hazırlanıb. Bununla belə, o, klubun La Liqa ilə CVC investisiya fondu arasında imzalanmış sazişi tənqid etməsini əsaslı hesab etməyib.

"Tərəfdaşlıq sazişinə qoşulmaq və ya qoşulmamaq məsələsində bütün klublara sərbəst seçim hüququ verilmişdi. "Real" bu razılaşmaya qoşulmadı, sazişlə bağlı heç bir öhdəlik götürmədi və gəlirlərindən bir avro belə vermədi", – deyə Tebas vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Madrid məhkəməsi "Real"ın televiziya yayım hüquqlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı La Liqaya qarşı qaldırdığı iddianı təmin etməyib.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı