- İspaniya L.L.
- 22:30 02.08.2026
İspaniya millisinin və "Barselona"nın hücumçusu Ferran Torresin gələcəyi ətrafında müzakirələr davam edir.
90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, Katalniya klubu transfer pəncərəsi bağlandıqdan sonra futbolçu ilə müqaviləni uzatmağı planlaşdırır. Bu halda "Barselona" bonus ödənişləri çərçivəsində "Mançester Siti"yə təxminən 8 milyon avro əlavə vəsait ödəməli olacaq.
Komandanın baş məşqçisi Hans-Diter Flik də Ferran Torresi heyətdə saxlamaq niyyətindədir. Xüsusilə Robert Levandovskinin gedişindən sonra alman mütəxəssis hücumçunun komandada qalmasını vacib hesab edir.
Mənbənin yazdığına görə, "Barselona" yalnız Ferran Torresin şəxsi istəyi olacağı təqdirdə onun transferini nəzərdən keçirməyə hazırdır. Hazırda isə futbolçu klubdan ayrılmaq üçün rəsmi müraciət etməyib.