3 avqust 2026. Bazar ertəsi

Xulian Alvares "Atletiko"nun düşərgəsinə avqustun 10-da qoşulacaq


Xulian Alvares "Atletiko"nun düşərgəsinə avqustun 10-da qoşulacaq

Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares dünya çempionatı zamanı "Barselona"ya keçmək istədiyini açıqlasa da, İspaniya klubu futbolçunu satmaq niyyətində deyil.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, 26 yaşlı hücumçu bir neçə gün əvvəl "Atletiko"nun dünya çempionatında iştirak etdikləri üçün komandaya gec qoşulacaq futbolçular üçün hazırladığı fərdi məşq proqramına başlayıb. Alvares avqustun əvvəlindən etibarən məhz bu proqram əsasında məşq edir.

Mənbə qeyd edir ki, argentinalı futbolçu bütün proses ərzində peşəkar davranış nümayiş etdirir və klubun tələblərinə tam şəkildə əməl edir.

Qeyd edək ki, Xulian Alvaresin "Atletiko"nun düşərgəsinə avqustun 10-da qoşulması gözlənilir.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı