- İspaniya L.L.
- 23:17 05.08.2026
Madrid "Real"ının hücumçusu Vinisius Junior sosial şəbəkə hesabında klubla bağlı bütün fotoları və profil təsvirindəki "Real Madrid" qeydini silib.
90deqiqe.Az-ın məlumatına görə, bu addım futbolçunun klubla yeni müqavilə üzrə danışıqlarının müsbət keçdiyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edib. Hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, bu, Vinisiusun son dövrlərdə ilk belə addımı deyil. O, ötən yay Klublararası Dünya Çempionatındakı oyundan sonra azarkeşlərin tənqidləri ilə üzləşmiş, bundan sonra da sosial şəbəkə hesabından "Real Madrid"lə bağlı fotoları və klubun adını silmişdi.
Hələlik nə futbolçunun özü, nə nümayəndələri, nə də "Real Madrid" rəhbərliyi baş verənlə bağlı hər hansı rəsmi açıqlama verməyib.
.png)