6 avqust 2026. Cümə axşamı

Vinisius Junior "Real Madrid"lə yeni müqavilə imzaladı


Vinisius Junior "Real Madrid"lə yeni müqavilə imzaladı

"Real Madrid" braziliyalı hücumçusu Vinisius Juniorla yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı futbolçunun yeni sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Klub Vinisiusun son illərdə əldə olunan uğurlarda həlledici rol oynadığını vurğulayıb. Bildirilib ki, braziliyalı vinger 2018-ci ilin iyulunda, 18 yaşında "Flamenqo"dan "Real Madrid"ə transfer olunub və ötən səkkiz mövsümdə komandanın heyətində 375 oyunda meydana çıxaraq 128 qol vurub.

Vinisius bu müddətdə "Kral klubu"nun heyətində 14 titul qazanıb. O, iki UEFA Çempionlar Liqası, üç FIFA Klublararası Dünya Çempionatı, iki UEFA Superkuboku, üç La Liqa, bir İspaniya Kral Kuboku və üç İspaniya Superkubokunun qalibi olub.

"Real Madrid" həmçinin qeyd edib ki, Vinisius xüsusilə son iki UEFA Çempionlar Liqası finalındakı qolları, məhsuldar ötürmələri və ümumi oyunu ilə komandanın uğurlarında əsas pay sahibi olan futbolçulardan biridir.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə "Flamenqo"dan 45 milyon avro qarşılığında Madrid təmsilçisinə transfer olunub. O, 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 53 oyunda 22 qol vurub və 14 məhsuldar ötürmə edib.







İspaniya L.L.