- İspaniya L.L.
- 22:36 06.08.2026
"Real Madrid"in baş məşqçisi Joze Mourinyonun "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin mümkün transferi ilə bağlı yaşananlardan təəccübləndiyi bildirilir.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunun meneceri Jorje Mendeş Madrid klubu ilə aparılan danışıqların bütün detallarını portuqaliyalı mütəxəssisə çatdırıb.
İddia olunur ki, Mourinyo "Real Madrid"in Rodri ilə şəxsi razılıq əldə etməsinə və "Mançester Siti" ilə də anlaşmaya çox yaxın olmasına baxmayaraq, transferi yekunlaşdırmamasına təəccüblənib.
"Mendeş hər şeyi Mourinyoya danışdı və Mourinyo şok oldu", - deyə mənbə bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, Rodri karyerasını "Barselona"da davam etdirməyə daha yaxındır.