- İspaniya L.L.
- 16:51 08.08.2026
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, “Marca” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Vəziyyət çox aydındır. Klub qərarını verib və baş direktor Migel Anxel bunu çox yaxşı izah edib. Biz Xuliandan çox razıyıq. İdman baxımından onun inkişafını və təkmilləşməsini davam etdirməsinə kömək edəcəyik ki, bundan sonra da komandamıza fayda versin. O, bizim üçün çox şey edib”
Argentinalı mütəxəssis daha əvvəl də oxşar vəziyyətlərlə qarşılaşdıqlarını qeyd edib:
“Bizim artıq belə vəziyyətlərimiz olub. Qrizmannla baş verənləri gördük”.
Qeyd edək ki, Xulian Alvaresin xidmətində “Barselona” və bir sıra digər klublar maraqlı olsa da, Madrid təmsilçisi argentinalı hücumçunu satmaq niyyətində deyil.