8 avqust 2026. Şənbə

“Real Madrid” “Ferentsvaroş”a qalib gəldi


“Real Madrid” “Ferentsvaroş”a qalib gəldi

Madrid “Real”ı Macarıstanda “Ferentsvaroş”la keçirdiyi yoldaşlıq oyununda 2:1 hesablı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Joze Mourinyonun rəhbərlik etdiyi komanda 41-ci dəqiqədə hesabı açıb. Arda Gülərin künc zərbəsindən sonra top Aleksis Siriyaya, daha sonra isə Mario Rivasın qarşısına düşüb. Rivas topu başla qapıya göndərərək komandasını hesabda önə keçirib.

“Real” 48-ci dəqiqədə fərqi iki topa çatdırıb. Federiko Valverdenin ötürməsini Karlos Espi dəqiq tamamlayaraq hesabı 2:0 edib.

Meydan sahibləri 57-ci dəqiqədə fərqi azaldıblar. Sağ cinahdan Zaxariassenin ötürməsindən sonra Kenan Kodro topu qapıya göndərərək yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, “Real Madrid” qarşıdakı günlərdə daha iki yoldaşlıq oyunu keçirəcək. Madrid təmsilçisi “Deportivo” və “Şalke 04” ilə qarşılaşacaq.







İspaniya L.L.