9 avqust 2026. Bazar günü

Mourinyo Vinisius Juniorun “Real Madrid”də qalmasına münasibət bildirdi


Mourinyo Vinisius Juniorun “Real Madrid”də qalmasına münasibət bildirdi

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniorun klubla müqaviləsini yeniləməsi barədə danışıb.

 90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisin sözlərini jurnalist Fabritsio Romano yayıb.

“Ən vacib məsələ müqavilənin uzadılmasıdır. Yeni sözləşmə həm onun, həm də hamımız üçün sevinc mənbəyidir”, – deyə Mourinyo bildirib.

Qeyd edək ki, braziliyalı futbolçunun gələcəyi ilə bağlı uzun müddət müxtəlif iddialar səslənirdi. Xüsusilə İngiltərənin “Arsenal” klubunun Vinisiusa maraq göstərdiyi bildirilirdi.Lakin 25 yaşlı hücumçu Madrid təmsilçisində qalmağa qərar verib. O, “Real Madrid”lə müqaviləsini 2032-ci ilin yayına qədər uzadıb.

Əlavə edək ki, Vinisius Junior 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, Madrid klubuna Braziliyanın “Flamenqo” komandasından transfer olunub.







İspaniya L.L.