- İspaniya L.L.
- 00:14 09.08.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo bu yay Madrid klubuna keçən yarımmüdafiəçi Bernardo Silva barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis 31 yaşlı futbolçunun bir neçə mövqedə oynaya bilməsinin komanda üçün böyük üstünlük olduğunu bildirib.
“Bernardo üç və ya dörd mövqedə oynaya bilən futbolçular sırasındadır. Bu isə istənilən məşqçi üçün əla xüsusiyyətdir. Xüsusilə də hazırda zədələr səbəbindən heyətimiz qısadır və cəmi 20 oyunçumuz var. Belə vəziyyətdə Bernardonun bacardığı kimi oynaya bilən futbolçulara ehtiyacımız var”, – deyə Mourinyonun sözlərini “The Touchline” nəşri yayıb.
Qeyd edək ki, Bernardo Silva bu yay uzun müddət İngiltərədə çıxış etdikdən sonra “Real Madrid”ə transfer olunub. Portuqaliyalı yarımmüdafiəçi 2017-ci ildən “Mançester Siti”nin formasını geyinib.