- İspaniya L.L.
- 21:58 09.08.2026
“Real”ın sabiq hücumçusu Fernando Morientes “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçunun yaxın zamanda klubunu dəyişə biləcəyi bildirilir. Morientes isə “Real”ın Rodriyə heç vaxt ciddi maraq göstərmədiyini iddia edib.
“Məncə, bu, çox pis zarafatdır. İşlərin necə getdiyini anlayan insanlar bilirlər ki, “Real” heç vaxt Rodrini həqiqətən transfer etmək istəməyib”, - deyə Morientes “Yahoo Sports”a açıqlamasında bildirib.
Sabiq hücumçu Madrid klubunun Rodrinin transferindən imtina etməsi ilə bağlı yayılan xəbərləri də tənqid edib:
“Rodrinin “Real”a keçməkdən imtina etdiyini deyəndə bizi axmaq yerinə qoyurlar. İndi isə məsuliyyəti futbolçunun üzərinə ataraq onun “Barselona”ya keçmək istədiyini söyləyirlər. Əgər Florentino Peres onu həqiqətən transfer etmək istəsəydi, bu keçid baş tutmazdı”.
Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. İspaniyalı yarımmüdafiəçi ötən mövsüm klub səviyyəsində keçirdiyi 33 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb.