9 avqust 2026. Bazar günü

Mourinyodan Vinisiusla bağlı açıqlama - “Hələ optimal formasında deyil”


Mourinyodan Vinisiusla bağlı açıqlama  - “Hələ optimal formasında deyil”

Vinisius Junior Madrid “Real”ının yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında ilk oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, “Ferentsvaroş” klubu ilə keçirilən yoxlama matçından sonra Mourinyo Vinisiusun fiziki hazırlığı barədə danışıb:

“Vinisius çox az məşq edib. Bu gün ondan topu götürüb 50 metr irəliləməsini və qol vurmasını gözləmirdim. O, hələ də yorğun görünür. Çərşənbə günü optimal formasına daha yaxın olacaq, bazar günü isə Gelzenkirxendə bundan da yaxşı vəziyyətdə olacağını düşünürəm”.

 Qeyd edək ki, braziliyalı hücumçu Macarıstanın “Ferentsvaroş” klubu ilə keçirilən yoxlama matçının ikinci hissəsində meydana daxil olub və final fitinə qədər mübarizə aparıb. Qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki,Vinisius bir neçə gün əvvəl “Real”la yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, braziliyalı futbolçu 2032-ci ilədək Madrid klubunda çıxış edəcək.

“Real” mövsümöncəsi hazırlıq çərçivəsində növbəti oyunlarını avqustun 12-də “Deportivo”, 16-da isə “Şalke 04”ə qarşı keçirəcək.







İspaniya L.L.