10 avqust 2026. Bazar ertəsi

Mark Kukurelya “Real Madrid”ə keçidindən danışdı


Mark Kukurelya “Real Madrid”ə keçidindən danışdı

“Real Madrid”in yeni transferi Mark Kukurelya Madrid klubuna keçidi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı müdafiəçi “Real Madrid” kimi klubda çıxış etməyin böyük şərəf olduğunu bildirib:

““Real Madrid”də çıxış etmək böyük şərəfdir. Düşünürəm ki, çoxları bu formanı geyindiyini deyə bilməz. Burada əfsanələr oynayıb. Bu, böyük tarixə malik, Avropanın ən böyük klubudur. Bu gün burada olmaq mənim üçün imtiyaz, şərəf və hər şeydən əvvəl karyeram ərzində göstərdiyim bütün səylərin mükafatıdır. Uzun müddət gözləməli oldum, amma nəhayət, buradayam”, – deyə futbolçu “Marca”ya açıqlamasında bildirib.

Qeyd edək ki, Kukurelya daha əvvəl İngiltərənin “Çelsi” klubunda çıxış edib. “Real Madrid” onun transferi üçün bonuslar nəzərə alınmadan 55 milyon avro ödəyib.

Futbolçu artıq Madrid klubunun baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında məşqlərə başlayıb.







İspaniya L.L.