- İspaniya L.L.
- 19:56 10.08.2026
“Real Madrid”in müdafiəçisi Mark Kukurelya komandanın baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında məşqlərə başlaması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu yeni məşqçi ilə ilk təəssüratlarının müsbət olduğunu bildirib:
“Özünəinam və təbiilik hiss olunur. Biz meydanda bacardığımızı etməli və hər şeydən əvvəl oyundan zövq almalıyıq. Düşünürəm ki, hamımız eyni şeyi istəyirik – qalib gəlmək və möhtəşəm mövsüm keçirmək”, – deyə Kukurelyanın sözlərini “Marca” nəşri yayıb.
Qeyd edək ki, Kukurelya tibbi müayinədən keçdikdən sonra Madrid klubunun düşərgəsinə qoşulub.
İspaniyalı müdafiəçi bu yay Londonun “Çelsi” klubundan “Real Madrid”ə transfer olunub. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Transferin məbləği bonuslar nəzərə alınmadan 55 milyon avro təşkil edib.