- İspaniya L.L.
- 19:56 10.08.2026
Madridin “Atletiko” klubunun dörd futbolçusu 2026-cı il dünya çempionatında iştirak etdikdən sonra komandanın düşərgəsinə qayıdıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Markos Lyorente, Aleks Baena, Xulian Alvares və Xuan Musso artıq məşqlərə başlayıblar.
Futbolçular avqustun 10-da tibbi müayinədən keçiblər. Onlar yaxın günlərdə fiziki hazırlıq üzrə məşqçilərin nəzarəti altında xüsusi proqram üzrə hazırlıq keçəcəklər. Daha sonra futbolçular komandanın əsas qrupuna qoşulacaqlar.
Qeyd edək ki, daha əvvəl Xulian Alvarezin Madridə qayıtdıqdan sonra əvvəlcə baş məşqçi Dieqo Simeone, daha sonra isə klub rəhbərliyi ilə görüşəcəyi bildirilmişdi. Argentinalı hücumçunun bu görüşlərdə “Atletiko”dan ayrılmaq və “Barselona”ya keçmək istəyini şəxsən çatdıracağı qeyd olunurdu.