10 avqust 2026. Bazar ertəsi

“Real Madrid”də yeni transferlərin forma nömrələri bəlli oldu - FOTOLAR


“Real Madrid”də yeni transferlərin forma nömrələri bəlli oldu - FOTOLAR

“Real Madrid”in rəsmi saytında komandanın heyət bölməsində yeni transferlərin seçdiyi forma nömrələri açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubunun yeni futbolçularından Mark Kukurelya 17, mərkəz müdafiəçisi İbrahima Konate 16, sağ cinah müdafiəçisi Denzel Dumfris isə 24 nömrəli formanı geyinəcək.

Yarımmüdafiəçi Bernardo Silva 20 nömrəli forma ilə çıxış edəcək. Vinger Yan Diomande 25, hücumçu Karlos Espi isə 19 nömrəni seçib.

Bundan başqa, daha əvvəl 17 nömrəli formada çıxış edən Raul Asensio nömrəsini dəyişib. O, bundan sonra 2 nömrəli formanı geyinəcək. Bu nömrə Dani Karvaxalın komandadan ayrılmasından sonra boş qalıb.

Müdafiəçi Din Heysen isə David Alabanın gedişindən sonra boşalan 4 nömrəli formanı seçib. Beləliklə, niderlandlı futbolçu 24 nömrədən 4 nömrəyə keçib.

Qeyd edək ki, icarədən qayıdan Endrik yenidən “Real Madrid”in sifariş ərizəsində 9 nömrə ilə yer alıb.







İspaniya L.L.