10 avqust 2026. Bazar ertəsi

“Rayo Valyekano” ilk ev oyununu başqa stadionda keçirə bilər


“Rayo Valyekano” ilk ev oyununu başqa stadionda keçirə bilər

“Rayo Valyekano” yeni La Liqa mövsümündə ilk ev oyununu doğma stadionundan kənarda keçirməyə məcbur qala bilər.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, Madrid təmsilçisi “Valyekas” stadionunda təhlükəsizliklə bağlı yaranan problemlər səbəbindən alternativ arena axtarır.

Avqustun 20-də “Alaves”ə qarşı keçirilməsi planlaşdırılan La Liqa matçının bir pillə aşağı liqada çıxış edən “Leqanes” klubunun “Butarke” stadionunda təşkil olunması gözlənilir.

Stadion artıq müəyyənləşdirilsə də, “Rayo Valyekano” rəhbərliyi qarşılaşmanı doğma meydanda keçirmək üçün icazə almağa ümid edir.

Qeyd edək ki, “Rayo” ötən mövsüm də “Atletiko” ilə ev oyununu “Butarke” stadionunda keçirib. Həmin vaxt Madrid klubu arena üçün təxminən 80 min avro icarə haqqı ödəyib. “Leqanes” isə azarkeşlərin yol xərclərinin bir hissəsini kompensasiya edib.







İspaniya L.L.