12 avqust 2026. Çərşənbə

Yan Diomande “Real”a transferindən danışıb


Yan Diomande “Real”a transferindən danışıb

“Real”ın yeni transferi Yan Diomande Madrid klubuna keçidi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə,19 yaşlı futbolçu bu barədə klubun rəsmi kanalına müsahibəsində bildirib.

 “Əvvəllər “Real”ın futbolçularını televizordan izləyirdim, bu gün isə onlarla eyni soyunub-geyinmə otağını bölüşürəm. Bu, inanılmazdır. Qürurlu və xoşbəxtəm, çünki bu, mənim arzum idi. Uşaqlıqdan dünyanın ən böyük klublarında oynamaq istəyirdim. Burada olmaq fürsəti qazandığım üçün minnətdaram. Xoşbəxt və qürurluyam. İstəyirəm ki, ailəm mənimlə fəxr etsin.

Bu, dünyanın ən böyük klubudur və hər kəs burada oynamaq istəyir. Burada olmaq fürsətinə görə minnətdaram və sevincimi hamı ilə bölüşmək istəyirəm. Qələbələr qazanan komandanın bir hissəsi olmaq istəyirəm.

Niyə “Real”ı seçdim? Çünki bu, dünyanın ən yaxşı klubudur. “Real” sizə zəng edəndə “yox” deyə bilməzsiniz. Hər şey çox sadədir. Komandaya bütün titulları qazanmaqda kömək etmək istəyirəm. Ümid edirəm ki, böyük uğurlar əldə edəcəyik”

Qeyd edək ki, gənc vinger bu yaxınlarda “Leypsiq”dən “Real”a transfer olunub.







İspaniya L.L.