12 avqust 2026. Çərşənbə

Diomande Mourinyonun “Real”a keçidində rolunu açıqlayıb


Diomande Mourinyonun “Real”a keçidində rolunu açıqlayıb

“Real”ın yeni transferi Yan Diomande Madrid klubuna keçidində baş məşqçi Joze Mourinyonun da rolunun olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, gənc futbolçu bu barədə klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

“Məşqçiyə təşəkkür etmək istəyirəm. Çünki transferdən əvvəl danışmışdıq və mən onun, əlbəttə ki, klubun sayəsində buradayam. Xoşbəxtəm. Bu transfer üçün təşəkkür edirəm. Mənə inandığı üçün kluba və məşqçiyə minnətdaram”

Qeyd edək ki, 19 yaşlı Yan Diomande “Real”da 25 nömrəli formanı geyinəcək. Mətbuatda yayılan məlumatlara görə, fil di Kot-d’İvuarlı futbolçunun transfer məbləği 125 milyon avro təşkil edib. Bonuslar hesabına bu məbləğ “RB Leypsiq” üçün daha da arta bilər.







İspaniya L.L.