12 avqust 2026. Çərşənbə

“Barselona”nın futbolçusu mövsümü erkən başa vurub


“Barselona”nın futbolçusu mövsümü erkən başa vurub

İspaniyanın “Barselona” klubunda çıxış edən vinger Runi Bardeji ciddi zədə alıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı futbolçunun sağ dizinin ön çarpaz bağında (ACL) cırılma aşkarlanıb.

Bardeji yaxın günlərdə əməliyyat olunacaq. “Barselona” futbolçunun bərpa müddəti ilə bağlı dəqiq açıqlama verməyib. Lakin zədənin xarakteri nəzərə alınaraq, onun 2026-cı ilin sonunadək yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, ön çarpaz bağ zədələri uzunmüddətli reabilitasiya tələb edir. Belə zədələrdən sonra futbolçuların bərpası, bir qayda olaraq, ən azı altı ay çəkir.

Runi Bardeji “Barselona”nın əsas komandasında 28 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə iki qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.