12 avqust 2026. Çərşənbə

Flikdən “Barselona”da gözlənilməz qərar - 6 futbolçu məşqdən kənarlaşdırıldı


Flikdən “Barselona”da gözlənilməz qərar  - 6 futbolçu məşqdən kənarlaşdırıldı

“Barselona”nın vingeri Runi Bardji ciddi dizindən zədə aldığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Bu səbəbdən futbolçunun yay transfer pəncərəsində klubdan ayrılması da baş tutmayacaq.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə  “Barselona”nın baş məşqçisi Hans-Diter Flik digər futbolçuların da zədələnərək komandadan ayrıla bilməməsindən ehtiyat edir.

Almaniyalı mütəxəssis çərşənbə axşamı 6 futbolçunu əsas qrupla məşqlərdən kənarlaşdırıb.

Həmin oyunçular Mark Kasado, Ektor Fort, Xofre Torrents, Tommi Markes, Toni Fernandes və Qilye Fernandesdir.

Bildirilir ki, Flik futbolçulardan hər hansı birinin zədələnərək transferinin baş tutmamasını istəmir. Bu amil klubun transfer bazarındakı planlarına birbaşa təsir göstərə bilər.

Qeyd edək ki, Runi Bardjinin dizindən aldığı ciddi zədə səbəbindən onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.







İspaniya L.L.