- İspaniya L.L.
- 00:17 13.08.2026
“Barselona”nın vingeri Runi Bardji dizinin ön çarpaz bağının yırtılması səbəbindən uğurlu əməliyyat keçirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi açıqlamasında bildirilib.
Əməliyyat “Barselona”nın tibbi xidmətinin nəzarəti altında şəhərdəki xəstəxanalardan birində həyata keçirilib.
Klub futbolçunun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamayıb. Lakin Bardjinin uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Mətbuatda yayılan məlumatlara görə, 20 yaşlı futbolçunun təxminən 6-7 aya sıraya qayıtması mümkündür. Bununla belə, bu cür zədələrdən sonra reabilitasiya prosesi daha uzun çəkə bilər.
Qeyd edək ki, bu, Bardjinin karyerasında çarpaz bağlarla bağlı ilk zədə deyil. O, 2024-cü ilin mayında “Kopenhagen”də çıxış etdiyi vaxt sağ dizinin çarpaz bağlarını zədələmişdi.
Runi Bardji 2025-ci ilin yayında “Barselona”ya transfer olunub. Bu müddət ərzində bütün turnirlərdə 28 oyuna çıxan vinger 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı Bardjinin bazar dəyərini 15 milyon avro qiymətləndirir.