- İspaniya L.L.
- 01:12 13.08.2026
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldonun “Atletiko Madrid”ə transferi gündəmdə deyil.
90deqiqe.Az xəbər verir ki, Madrid klubunun prezidenti Enrike Sereso portuqaliyalı hücumçunun komandaya keçməsini istisna edib.
Sereso Ronaldonun dünya səviyyəli futbolçu olduğunu vurğulasa da, onun “Atletiko” formasında çıxışını mümkünsüz hesab etdiyini bildirib.
“Ronaldo, şübhəsiz ki, fantastik futbolçudur. İstənilən komanda belə səviyyəli oyunçunu heyətində görmək istəyər. Lakin onun böyüklüyünü qəbul etmək başqa şeydir, Ronaldonu “Atletiko” formasında təsəvvür etmək isə tamam başqa”, - deyə klub prezidenti bildirib.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə “Real Madrid”in formasını geyinib. Portuqaliyalı ulduz 450 qolla Madrid klubunun tarixində ən məhsuldar futbolçudur.
2022-ci ildə “Mançester Yunayted”dən ikinci dəfə ayrılan Ronaldonun “Atletiko”ya keçəcəyi ilə bağlı xəbərlər də yayılmışdı.