- İspaniya L.L.
- 01:12 13.08.2026
2026/2027 mövsümünə hazırlıq çərçivəsində “Real Madrid” “Deportivo” ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, “Riazor” stadionunda keçirilən görüş Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Real Madrid”in yeganə qolunu ilk hissənin sonlarında Brahim Diaz vurub. Qolun ötürməsini isə komandanın qapıçısı Andrey Lunin verib. Ukraynalı qolkiper əli ilə topu uzağa göndərərək Brahim Diaza ötürmə edib. Mərakeşli futbolçu topu sinəsi ilə qəbul etdikdən sonra irəli doğru hərəkət edib, qapıçı ilə üz-üzə qalaraq dəqiq zərbə ilə hesabı açıb.
Qeyd edək ki, “Real Madrid” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 22-də keçirəcək. Madrid klubu səfərdə “Espanyol”la qarşılaşacaq.