- İspaniya L.L.
- 15:20 13.08.2026
İspaniya Superkubokunun 2027-ci il oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb. Turnirin qarşılaşmaları Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Fevralın 2-dən 7-dək davam edəcək yarış Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Mövcud formatı əsasən turnirdə “Real Madrid”, “Barselona”, “Real Sosyedad” və “Atletiko Madrid” iştirak edəcəklər.
Yarımfinal mərhələsində qalib gələn komandalar finalda üz-üzə gələcəklər. Superkubokun qalibi İstanbulda keçiriləcək final qarşılaşmasından sonra bəlli olacaq.