13 avqust 2026. Cümə axşamı

La Liqada ilk turun oyunu təxirə salındı


La Liqada ilk turun oyunu təxirə salındı

İspaniya La Liqasında ilk turun qarşılaşmalarından biri təxirə salınıb.

90deqiqe.Az-ın məlumatına görə, “Selta” və “Osasuna” komandaları arasında avqustun 16-na planlaşdırılan matç keçirilməyəcək.

Viqo klubunun rəsmi saytında yayılan açıqlamada qarşılaşmanın təxirə salınmasına stadionun ot örtüyündə yaranan xəstəliyin səbəb olduğu bildirilib:

“Buna səbəb arenanın ot örtüyünü zədələyən xəstəlikdir. Hazırda meydança futbol matçının keçirilməsi üçün yararsız vəziyyətdədir”.

Qeyd olunub ki, La Liqa ötən həftə stadionun ot örtüyünə baxış keçirib və yaranmış problemin aradan qaldırılması istiqamətində görülən işləri təsdiqləyib. Lakin son günlərdə hava şəraiti bərpa prosesinə mənfi təsir göstərib.

Nəticədə qarşılaşmanın təxirə salınmasına qərar verilib.

“Selta” – “Osasuna” oyunu avqustun 27-də, cümə axşamı keçiriləcək.







İspaniya L.L.