14 avqust 2026. Cümə

“Atletik” mövsümün ilk oyununda dünya çempionlarını təltif edəcək


“Atletik” mövsümün ilk oyununda dünya çempionlarını təltif edəcək

“Atletik Bilbao” klubu İspaniya çempionatının yeni mövsümünə doğma meydanda başlayacaq.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən komanda avqustun 22-də “Sevilya”nı qəbul edəcək. Görüşdən əvvəl İspaniya millisinin heyətində dünya çempionu olmuş üç “Atletik” futbolçusunun şərəfinə xüsusi təltif mərasimi keçiriləcək.

Bunlar Unai Simon, İnyaki Uilyams və Aymerik Laportdur.

Luis de la Fuente də xüsusi olaraq yad ediləcək. Hazırda İspaniya millisinin sabiq baş məşqçisi olan De la Fuente vaxtilə “Atletik”in formasını geyinib. Bu səbəbdən Bilbao klubunda onun da xüsusi yeri var.

Qeyd edək ki, “Atletik” üçün ötən mövsüm uğursuz alınıb. Bilbao təmsilçisi İspaniya çempionatını yalnız 12-ci pillədə başa vurub.







İspaniya L.L.