16 avqust 2026. Bazar günü

La Liqanın oyunu Mayamidə keçiriləcək


La Liqanın oyunu Mayamidə keçiriləcək

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.

Corner.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, söhbət La Liqanın XVI turu çərçivəsində baş tutacaq “Vilyarreal” – “Atletiko” matçından gedir. Bildirilir ki, hər iki klub görüşün 65 min tamaşaçı tutumuna malik “Hard Rok” stadionunda reallaşmasına razılıq verib.

Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi “Barselona” - “Jirona” oyununu da ABŞ-da təşkil etmək istəyib. Lakin müxtəlif səbəblərdən bu, gerçəkləşməyib. (report)







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib
“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi