15 avqust 2026. Şənbə

Mbappe Joze Mourinyo barədə - “Qazanmağın yolunu bilir”


Mbappe Joze Mourinyo barədə   - “Qazanmağın yolunu bilir”

“Real Madrid”in hücumçusu Kilian Mbappe komandanın baş məşqçisi Joze Mourinyo barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı ulduz futbolçu komandanın əsas məqsədinin qələbə qazanmaq olduğunu bildirib.

“Bizim bir məqsədimiz var - qalib gəlmək. Mourinyo kimi qazanmağı bilən baş məşqçinin komandada olması çox gözəldir”, - deyə Mbappenin sözlərini jurnalist Fabritsio Romano yayıb.

Qeyd edək ki, Mbappe daha əvvəl növbəti mövsümdə “Real Madrid”in titullar qazanacağına əmin olduğunu açıqlayıb.

Mourinyo bu yay “Real Madrid”in baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssis bu postda Alvaro Arbeloanı əvəzləyib.

Madrid klubu yeni mövsümdə ilk rəsmi oyununu avqustun 22-də keçirəcək. “Real Madrid” La Liqanın ilk turunda səfərdə “Espanyol”la qarşılaşacaq.







İspaniya L.L.

“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi