15 avqust 2026. Şənbə

“Real Madrid”in futbolçusu zədələndi


“Real Madrid”in futbolçusu zədələndi

“Real Madrid”in hücumçusu Endrik əzələlərində həddindən artıq yüklənmə səbəbindən komandanın qarşıdakı oyununu buraxa bilər.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı jurnalist Melxor Ruis sosial şəbəkə hesabında braziliyalı futbolçunun vəziyyəti barədə məlumat yayıb.

Endrikin avqustun 19-da “Şalke-04”ə qarşı keçiriləcək yoxlama oyununda iştirak etməyəcəyi gözlənilir. Bundesliqa təmsilçisi bu qarşılaşmanı stadionu “Feltins-Arena”nın 25 illiyi münasibətilə təşkil edib. Arena 62 mindən bir qədər çox tamaşaçı tutumuna malikdir.

20 yaşlı hücumçu “Real Madrid”in İspaniya çempionatında ilk oyununa qədər sıraya dönməyə ümid edir. Madrid klubu La Liqanın ilk turunda avqustun 22-də “Espanyol”la qarşılaşacaq.

Qeyd edək ki, Endrik ötən mövsümü icarə əsasında Fransanın “Lion” klubunda keçirib. O, burada 21 oyunda meydana çıxaraq 8 qol vurub və 8 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi