- İspaniya L.L.
- 23:36 15.08.2026
İspaniya La Liqasının 2026/2027 mövsümünün I turunda “Alaves” və “Xetafe” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmada qələbəni “Alaves” qazanıb.
Matçın ilk hissəsində komandalar ciddi qol imkanları yarada bilməyiblər və fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci hissənin əvvəlində də oyunun ssenarisi dəyişməyib. Lakin 73-cü dəqiqədə meydan sahibləri hesabı açıblar. Naue Tenalya Mariano Diasın ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib.
“Xetafe” hesabı bərabərləşdirmək üçün irəli atılsa da, madridlilərin cəhdləri nəticə verməyib. “Alaves” qarşılaşmanın son bölümündə daha iki qol vuraraq böyükhesablı qələbə qazanıb.
Qeyd edək ki, “Xetafe” 42-ci dəqiqədən etibarən Kiko Femeniyanın qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb.