16 sentyabr 2026. Çərşənbə

“Barselona” Mark Bernalla yeni müqavilə imzalayacaq


“Barselona” Mark Bernalla yeni müqavilə imzalayacaq

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal yaxın vaxtlarda Kataloniya klubu ilə müqaviləsini uzada bilər.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçunun “Barselona” ilə yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulacaq.

Hazırda klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədə olan Bernalın yeni anlaşması onun Kataloniya təmsilçisində uzunmüddətli gələcəyini təmin edəcək.

“Barselona”nın yetirməsi olan yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb. O, bu görüşlərdə 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Transfermarkt” portalı Mark Bernalın bazar dəyərini 30 milyon avro qiymətləndirir.







İspaniya L.L.