- İspaniya L.L.
- 21:13 16.08.2026
İspaniya La Liqasının ilk turunda “Rasinq” və “Vilyarreal” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahibləri 21-ci dəqiqədə hesabı açıblar. Andres Martin penalti zərbəsini dəqiq yerinə yetirərək “Rasinq”i önə keçirib.
34-cü dəqiqədə “Rasinq” fərqi iki topa çatdırıb. Serxio Martinez rəqib qapısına yol taparaq hesabı 2:0 edib.
Lakin “Vilyarreal” fasiləyədək geri dönüş etməyi bacarıb. Əvvəlcə Pap Geye Alberto Moleyronun ötürməsindən sonra fərqi azaldıb. Birinci hissənin sonlarında isə Nikola Pepe hesabı bərabərləşdirib.
İlk hissədən fərqli olaraq, ikinci yarıda komandalar qol imkanlarını reallaşdıra bilməyiblər. Qarşılaşmanın sonuna qədər hesab dəyişməyib və tərəflər xalları yarı bölüblər.