17 avqust 2026. Bazar ertəsi

“Espanyol” “Levante”ni üç cavabsız qolla məğlub edib


“Espanyol” “Levante”ni üç cavabsız qolla məğlub edib

İspaniya La Liqasının ilk turunda “Espanyol” doğma meydanda “Levante” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri qarşılaşmaya fəal başlayıblar və artıq 5-ci dəqiqədə hesabı açıblar. Roberto Fernandes rəqib qapısına yol taparaq “Espanyol”u önə keçirib.

İlk hissənin sonlarına yaxın Fernandes yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının fasiləyə 2:0 hesablı üstünlüklə yollanmasını təmin edib.

İkinci hissədə də təşəbbüsü əldən verməyən “Espanyol” “Levante”yə hücumda ciddi imkanlar yaratmağa şərait verməyib. Qarşılaşmanın 80-ci dəqiqəsində Tayris Dolan yekun hesabı müəyyənləşdirib – 3:0.

Beləliklə, “Espanyol” yeni La Liqa mövsümünə inamlı qələbə ilə başlayıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib
“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi