- İspaniya L.L.
- 23:22 17.08.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin yaxın gələcəkdə “Barselona”ya keçəcəyi gözlənilir.
90deqiqe.Az-ın məlumatına görə, İspaniya millisinin üzvü Kataloniya klubunda 16 nömrəli formanı geyinmək istəyir. Hazırda həmin nömrə “Barselona”nın futbolçusu Fermin Lopesə məxsusdur.
Bildirilir ki, Rodri bu istəyini artıq Lopesə çatdırıb. Fermin isə “Barselona”da boşalan 7 nömrəni götürməyi planlaşdırır. Sözügedən forma daha əvvəl klubdan ayrılan Ferran Torresə məxsus olub.
Beləliklə, Fermin Lopes 7 nömrəni seçəcəyi təqdirdə Rodri uzun müddətdir çıxış etdiyi 16 nömrəli formanı geyinə biləcək.
Qeyd edək ki, “Barselona” 2026/2027 mövsümündə ilk oyununu avqustun 23-də keçirəcək. Hans-Diter Flikin komandası səfərdə “Elçe” ilə qarşılaşacaq.