18 avqust 2026. Çərşənbə axşamı

Serxio Buskets “Barselona”da yeni vəzifəyə təyin olundu


Serxio Buskets “Barselona”da yeni vəzifəyə təyin olundu

“Barselona”nın əfsanəvi futbolçusu Serxio Buskets Kataloniya klubuna məşqçi kimi qayıdıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, sabiq yarımmüdafiəçi əsas komandanın əvəzedici heyətinin baş məşqçisi Culiano Bellettinin köməkçisi təyin olunub.

Buskets gənc futbolçularla öz təcrübə və biliklərini bölüşəcək. O, məşqçilik fəaliyyətinə paralel olaraq müvafiq məşqçi kurslarında da iştirak edəcək.

Qeyd edək ki, 37 yaşlı Buskets üçillik fasilədən sonra “Barselona”ya qayıdıb. O, Kataloniya klubunun əsas komandasında 15 mövsüm ərzində 722 matç keçirib və 32 titul qazanıb. Bunların arasında 9 İspaniya çempionluğu və 3 Çempionlar Liqası kuboku da var.

“Barselona”dan ayrıldıqdan sonra Buskets karyerasını MLS təmsilçisi “İnter Mayami”də davam etdirib. İspaniyalı futbolçu burada iki il yarım çıxış etdikdən sonra peşəkar karyerasını başa vurub.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib