- İspaniya L.L.
- 23:51 18.08.2026
“Barselona” yarımmüdafiəçi Rodri Ernandesin “Mançester Siti”dən transferini rəsmən açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,30 yaşlı ispaniyalı futbolçu ilə müqavilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
“Məkanın və zamanın hökmdarı Barselonaya gəlir”, – deyə klubun paylaşımında bildirilib.
Qeyd edək ki, Rodri 2024-cü ilin “Qızıl top” mükafatının sahibidir.
Mətbuatda yayılan məlumatlara görə, “Barselona”nın transfer üçün ödəyəcəyi zəmanətli məbləğ 60 milyon avro təşkil edəcək. Bundan əlavə, Kataloniya təmsilçisi yerinə yetirilə bilən bonuslar qarşılığında daha 11 milyon avro ödəyə bilər.
Müqavilədə digər bonus ödənişləri də nəzərdə tutulub. Bu səbəbdən transferin ümumi dəyəri ilkin olaraq açıqlanan məbləğdən daha yüksək ola bilər.