- İspaniya L.L.
- 23:51 18.08.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yeni transferi Rodri Ernandes barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Barca Universal” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Mən Rodriyə dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisi kimi baxıram. O, oyuna nəzarət etməyi bacarır və müdafiədə də çox güclüdür. Onu transfer etmək üçün əla imkanımız yarandı. İndi onun bizimlə olmasından çox məmnunuq”
“Barselona” Rodri üçün “Mançester Siti”yə bonuslar nəzərə alınmadan 60 milyon avro ödəyib.
İspaniyalı futbolçu Kataloniya klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Kataloniya klubu çərşənbə axşamı 30 yaşlı ispaniyalı yarımmüdafiəçinin “Mançester Siti”dən transferini rəsmən açıqlayıb.