- İspaniya L.L.
- 00:53 20.08.2026
“Atletiko” 2026/27 mövsümündə ilk oyununa çıxır.
90deqiqe.Az xəbər verir ki, Dieqo Simeonenin rəhbərlik etdiyi Madrid klubu İspaniya çempionatının ilk turunda doğma meydanda “Malaqa” ilə qarşılaşacaq.
Argentinalı hücumçu Xulian Alvares “Atletiko”nun matç üçün açıqlanan heyətinə daxil edilməyib.
Bu qərar gözlənilməz sayılmır. Belə ki, Alvares daha əvvəl də qarşılaşmaya hazır futbolçuların siyahısında yer almayıb. Dieqo Simeone bir neçə gün əvvəl argentinalı forvardın fiziki cəhətdən hələ tam hazır olmadığını və məşqlərə ehtiyac duyduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl azarkeşlər Xulian Alvaresin fotosunu müzakirə etmişdilər. Həmin görüntüdə hücumçunun məyus göründüyü diqqət çəkmişdi.
Xatırladaq ki, “Atletiko” Alvarezin “Barselona”ya keçməsinə icazə verməyib.
“Atletiko” – “Malaqa” matçını canlı mətn yayımı ilə izləmək mümkün olacaq.