20 avqust 2026. Cümə axşamı

“Barselona” azarkeşləri Frenki de Yonqu fitə basdı


“Barselona” azarkeşləri Frenki de Yonqu fitə basdı

“Barselona” ənənəvi Joan Qamper Kuboku çərçivəsində Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq.

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, matçdan əvvəl “Kamp Nou”da yeni mövsümün açılışına həsr olunan tədbir keçirilib.

Açılış vaxtı kataloniyalılar üç yeni transferi və komandanın kapitanlar qrupunu azarkeşlərə təqdim edib. Baş məşqçi Hans-Diter Flik isə tərəfdarlara müraciətlə çıxış edib.

Tədbir zamanı “Barselona”nın bəzi azarkeşləri yarımmüdafiəçi Frenki de Yonqu fitə basıblar. Bundan başqa, niderlandlı futbolçu kapitanlar qrupunda da təqdim edilməyib.

Qeyd edək ki, Hans-Diter Flik daha əvvəl De Yonqun kapitanlıq sarğısı ilə bağlı qərarın futbolçunun zədəsi səbəbindən qəbul edildiyini açıqlamışdı.

“Barselona” mövsümdə ilk rəsmi oyununu avqustun 23-də keçirəcək. Kataloniya klubu La Liqanın ilk turunda “Elçe” ilə qarşılaşacaq.







İspaniya L.L.