20 avqust 2026. Cümə axşamı

“Barselona” “Əl-Əhli”ni məğlub edərək Qamper Kubokunu qazandı


“Barselona” “Əl-Əhli”ni məğlub edərək Qamper Kubokunu qazandı

İspaniyanın “Barselona” və Misirin “Əl-Əhli” komandaları arasında Qamper Kuboku çərçivəsində keçirilən yoldaşlıq görüşü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşmada Kataloniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 30-cu dəqiqədə “Barselona”nın hücumçusu Hamza Abdelkərim açıb. İlk hissənin sonlarında, 45-ci dəqiqədə Rafinya fərqi iki topa çatdırıb.

“Əl-Əhli” ikinci hissənin 51-ci dəqiqəsində Zizonun qolu ilə fərqi azaltsa da, Misir klubu hesabı bərabərləşdirə bilməyib.

Qeyd edək ki, Qamper Kuboku hər il “Barselona” tərəfindən təşkil olunan ənənəvi yoldaşlıq turniridir. Yarış ilk dəfə 1966-cı ildə Kataloniya klubunun prezidenti Enrike Lyode tərəfindən keçirilib.

Turnir və kubok adını “Barselona”nın qurucusu və əfsanəvi prezidenti Joan Qamperin şərəfindən alıb.







İspaniya L.L.