21 avqust 2026. Cümə

“Real Madrid” dünyanın ən dəyərli futbol brendi adını qorudu


“Real Madrid” dünyanın ən dəyərli futbol brendi adını qorudu

İspaniyanın “Real Madrid” klubu ardıcıl üçüncü ildir dünyanın ən dəyərli futbol brendi titulunu qoruyub.

90deqiqe.Az "Brand Finance"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin brend dəyəri ötən illə müqayisədə 25 faiz artaraq 2,4 milyard avroya çatıb.

Sıralamada ikinci pilləni “Barselona” tutub. Kataloniya klubunun brend dəyəri 15 faiz yüksələrək 2 milyard avroya çatıb.

“Arsenal” isə 28 faizlik artımla ilk dəfə dünyanın ən dəyərli üç futbol brendi sırasına daxil olub. London klubunun brend dəyəri 1,5 milyard avroya yüksəlib. “Topçular” bununla yanaşı, “Mançester Yunayted”i geridə qoyaraq Böyük Britaniyanın ən dəyərli futbol brendinə çevrilib.

İlk onluqda Almaniyanın “Bavariya”sı, Fransanın PSJ-si, İngiltərənin “Mançester Siti” və “Liverpul” klubları da yer alıblar. “Mançester Yunayted” 1,4 milyard avroluq brend dəyəri ilə doqquzuncu, “Çelsi” 955 milyon avro ilə onuncu sırada qərarlaşıb. Almaniyanın “Borussiya Dortmund” klubu isə 664 milyon avroluq göstəriciyə malikdir.

Brend dəyərində ən böyük artımı isə “Ştutqart” əldə edib. Almaniya klubunun göstəricisi 99 faiz yüksələrək 183,5 milyon avroya çatıb. “Aston Villa”nın brend dəyəri isə 60 faizdən çox artaraq 483,5 milyon avro olub.

Qeyd edək ki, dünyanın ən dəyərli 50 futbol klubunun ümumi brend dəyəri 23,9 milyard avroya yüksəlib. Bu, reytinqin 15 illik tarixində ən yüksək göstəricidir. İlk 10 klubun ümumi brend dəyəri isə 14,9 milyard avro təşkil edir.







İspaniya L.L.