5 oktyabr 2026. Bazar ertəsi

“Rayo Valyekano” evdə qələbəni əldən verdi


“Rayo Valyekano” evdə qələbəni əldən verdi

İspaniya La Liqasının 2-ci turunda “Rayo Valyekano” doğma meydanda “Alaves”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə qalib müəyyənləşməyib. Tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.

Qarşılaşmanın ilk hissəsi elə də yaddaqalan olmayıb. Hər iki komanda səhvə yol verməməyə çalışıb və ehtiyatlı oyun nümayiş etdirib.

Fasilədən sonra isə azarkeşlər qolların şahidi olublar. 48-ci dəqiqədə Xorxe de Frutosun ötürməsindən sonra Serxio Kamelyo “Alaves”in qapısına yol taparaq meydan sahiblərini hesabda önə keçirib.

“Rayo Valyekano” sona qədər minimal üstünlüyünü qorumağa çalışsa da, bunu bacarmayıb. “Alaves” 84-cü dəqiqədə hesabı bərabərləşdirib. Mariano Dias fərqlənərək komandasına 1 xal qazandırıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”