- İspaniya L.L.
- 02:25 21.08.2026
“Alaves”in hücumçusu Mariano Dias La Liqada mövsümə əla başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu çempionatın ilk turunda “Xetafe” ilə qarşılaşmada (3:0) bir qol vurub və iki məhsuldar ötürmə edib. Dias ikinci turda isə “Rayo Valyekano” ilə səfər oyununda (1:1) komandasının bərabərlik qolunu vuraraq “Alaves”ə xal qazandırıb.
Beləliklə, ispaniyalı hücumçunun cari mövsümdə iki oyundan sonra hesabında artıq 4 məhsuldar fəaliyyət var. Maraqlıdır ki, “Real Madrid”in sabiq forvardı hər iki görüşdə meydana ikinci hissədə əvəzlənərək daxil olub.
Dias bu göstəriciyə cəmi 69 dəqiqə oyun vaxtında nail olub.
Qeyd edək ki, Mariano Dias ötən ilin yayında “Alaves”ə transfer olunub.