21 avqust 2026. Cümə

“Atletiko”dan Xulian Alvareslə bağlı açıqlama - “O, bizə lazımdır”


“Atletiko”dan Xulian Alvareslə bağlı açıqlama  - “O, bizə lazımdır”

“Atletiko”nun direktoru Migel Anxel Xil Marin komandanın hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı açıqlama verib.

 90deqiqe.Az-ın “EFE”yə istinadən məlumatına görə, Xil Marin Alvaresin “Atletiko” üçün önəmli futbolçu olduğunu bildirib:

“Bütün böyük klublar kimi “Atletiko” da böyük futbolçuların ətrafında qurulur. Alvares də məhz belə oyunçudur. Üstəlik, o, əsl peşəkardır. Biz Xuliana dəstək olacaq və onun qayğısına qalmağa davam edəcəyik ki, bütün potensialını ortaya qoya bilsin. Avropanın nəhəng klubları ilə rəqabəti davam etdirmək üçün ona ehtiyacımız var.

Biz başa düşməliyik ki, son aylarda Xulianın karyerası ilə bağlı onun yanında ən yaxşı məsləhətçilər olmayıb.

Digər klubların və onlara yaxın media qurumlarının bizim yerimizə qərar verməsinə, nə etməli olduğumuzu müəyyənləşdirməsinə və idman strategiyamıza hörmətsizlik etməsinə imkan verə bilmərik. Onların istədiyi də budur – bizi parçalamaq. Aydındır ki, biz onlar qədər güclü deyilik, amma bizim də öz dəyərlərimiz var”.

Qeyd edək ki, argentinalı forvard “Barselona”ya keçmək istəyini ifadə etsə də, Madrid klubu futbolçunu satmaqdan imtina edib.

Əlavə edək ki, “Atletiko” mövsümün ilk oyununda “Malaqa”nı 2:0 hesabı ilə məğlub edib.







İspaniya L.L.