- İspaniya L.L.
- 01:06 22.08.2026
İspaniya La Liqasının növbəti turunda “Betis” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Sevilya təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.
İlk hissədə komandaların hesabı açmaq cəhdləri nəticə verməyib. Qarşılaşmada ilk və yeganə qol 63-cü dəqiqədə vurulub. Kuko Ernandesin ötürməsindən sonra Rodriqo Rikelme dəqiq zərbə ilə “Betis”i önə keçirib.
“Real Sosyedad” hesabı bərabərləşdirmək üçün sonadək cəhd göstərsə də, meydan sahibləri müdafiədə inamlı oyun nümayiş etdirərək qələbəni qoruyublar.
Qeyd edək ki, “Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 87-ci dəqiqədə meydana daxil olub.