22 avqust 2026. Şənbə

Simeone Alvaresin “Vilyarreal”a qarşı oynayacağını açıqladı


Simeone Alvaresin “Vilyarreal”a qarşı oynayacağını açıqladı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin La Liqanın 2-ci turunda “Vilyarreal”a qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edildiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “AS” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

 “Alvares sabahkı matç üçün iştirak ərizəsinə daxil edilib və fərdi proqram üzrə məşq edir. Bizi asan olmayan oyun gözləyir. Rəqib güclüdür və heyətində yüksək səviyyəli futbolçular var. Biz oyunçuların meydanda keçirdiyi vaxtı tənzimləyirik, rəqib isə artıq optimal fiziki formaya çatıb.

Alvareslə danışmışam? Başqa bir insanın nə hiss etdiyini dəqiq demək çətindir. O, ən yaxşı şəkildə məşq edir və komanda yoldaşlarına hörmətlə yanaşır. Klubla birlikdə seçdiyimiz istiqamətə dair heç bir şübhəm yoxdur. Məqsədimiz güclü komanda yaratmaq və hər şeydən əvvəl qarşıdakı oyuna fokuslanmaqdır. Mən də məhz buna köklənmişəm”

Qeyd edək ki, daha əvvəl argentinalı futbolçunun klubdan ayrılmağa yaxın olduğu barədə məlumat yayılmışdı.







İspaniya L.L.

“Real” Denzel Dümfrisi təqdim etdi
  • İspaniya L.L.
  • 23:54 21.08.2026
“Real” Denzel Dümfrisi təqdim etdi