23 avqust 2026. Bazar günü

“Liverpul” həmişə qəlbimdə xüsusi yer tutacaq”


“Liverpul” həmişə qəlbimdə xüsusi yer tutacaq”

İspaniyanın “Real Madrid” klubunda çıxış edən Trent Aleksander-Arnold keçmiş komandası “Liverpul”un oyunlarını izləməyə davam etdiyini açıqlayıb.

 90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu Mersisayd təmsilçisinə xüsusi bağlılığının olduğunu bildirib.

“Liverpul”un bütün oyunlarını izləməyə davam edirəm, komandaya dəstək olur və hər zaman uğur qazanmasını arzulayıram. Nə baş verməsindən asılı olmayaraq, “Liverpul”un qəlbimdə xüsusi yeri olacaq. Bura mənim evimdir. Klubun mənim üçün etdiklərini hər zaman yüksək qiymətləndirəcəyəm”, – deyə Aleksander-Arnold “Mirror”a müsahibəsində bildirib.

Qeyd edək ki, ingiltərəli müdafiəçi ötən ilin yayında “Liverpul”dan ayrılaraq “Real Madrid”ə keçib. Aleksander-Arnold Madrid klubuna transfer olunana qədər Mersisayd təmsilçisinin heyətində 354 rəsmi oyuna çıxıb.

Onun “Real Madrid”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.

“Real” Denzel Dümfrisi təqdim etdi
  • İspaniya L.L.
  • 23:54 21.08.2026
“Real” Denzel Dümfrisi təqdim etdi