23 avqust 2026. Bazar günü

“Real” səfərdə “Espanyol”a qalib gəldi


“Real” səfərdə “Espanyol”a qalib gəldi

İspaniya La Liqasının 2-ci turunda “Espanyol” və Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Barselonadakı “Kornelya-El Prat” stadionunda keçirilən qarşılaşma Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Xose Sançes Martines olub.

“Real” 9-cu dəqiqədə Cud Bellinqhemin qolu ilə hesabı açıb. “Espanyol” 30-cu dəqiqədə Aleks Kalatravanın dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın 90-cı dəqiqəsində qonaqlar yenidən önə keçib. “Real”ın yarımmüdafiəçisi Karlos Espi komandasına qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, La Liqanın ilk turunda “Real” – “Real Sosyedad” oyunu avqustun 26-na təxirə salınıb. “Espanyol” isə mövsümün ilk matçında “Levante”ni 3:0 hesabı ilə məğlub edib.

Növbəti turda “Espanyol” avqustun 29-da “Real Sosyedad”la qarşılaşacaq. “Real” isə avqustun 30-da “Malaqa”nı qəbul edəcək.







İspaniya L.L.

“Real” Denzel Dümfrisi təqdim etdi
  • İspaniya L.L.
  • 23:54 21.08.2026
“Real” Denzel Dümfrisi təqdim etdi